Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bombardmanlar səbəbindən Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusu qeyd edib.

Onun sözlərinə görə, ərzaq və dərmanların təcili çatdırılmasını təmin etmək, habelə xəstəxanaları hücumlardan qorumaq üçün dərhal razılaşdırılmış fəaliyyətə ehtiyac var.

Bildirilib ki, bombardmanların davam etməsi səbəbindən Qəzzada aclıq hökm sürür. Ərzaq çatışmazlığı və xəstəlik bölgə əhalisini narahat edir.

 

Gözəl Həşimova