Son gün ərzində dünyada koronavirusa yeni 166 735 yoluxma və 4 496 ölüm qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün son məlumatlarına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı14 043 176-ya çatıb, COVID-19-dan 597 583 pasiyent ölüb.
Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə koronavirus 7 376 748 insanda aşkarlanıb. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. "Köhnə qitə"də COVID-la bağlı 3 060 525testin nəticəsi müsbət olub.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.