Bakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu konfrasda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.

O vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insan əlində olduğunu göstərir:

"Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".