Bu ay Qəzza sakinləri üçün humanitar yük daşıyan təxminən 98 maşın bölgəyə daxil olub. Bu da yanvar ayı ilə müqayisədə 50% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında deyilir.

Məlumata görə, bu, təhlükəsizlik tədbirlərinin yaratdığı məhdudiyyətlər, "Rəfah" və "Kerem Şalom" keçidlərinin müvəqqəti bağlanması səbəbindən baş verib.

UNRWA həmçinin bildirib ki, Yaxın Şərqdə başlayan müharibə nəticəsində həlak olan agentlik işçilərinin sayı 158-ə çatıb.

 

Gözəl Həşimova