Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024/2025-cI tədris ili üzrə “Məzun Günü” ilə bağlı hazırlıqlara başlayıb.
Bu barədə İqtisadiyyat.az ali təhsil müəssisələrindən məlumat əldə edib.
Məlumata görə, BDU “Məzun Günü” tədbirinin təşkilinin 220 min manata, UNEC isə mühafizə ilə birlikdə 60 min manata başa gələcəyini proqnozlaşdırıb.
Məzun Günü BDU-dan fərqli olaraq, UNEC-i ən yüksək balla bitirən tələbələr mükafatlandırılacaq.
Digər universitetlər isə “Məzun Günü” ilə bağlı hələ ki, hazırlıqlara başlamayıb.
Xatırladaq ki, ötən il “Məzun Günü”nə BDU 240 min manata yaxın, UNEC 150 min manata yaxın, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 240 min manata yaxın, Azərbaycan Turizm və Menecment Universiteti 5 min manata yaxın, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 14 min manata yaxın vəsait xərcləyib.