Azərbaycana yüksək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan dərmanları idxal edən yerli şirkət “UNITY COMPANY MMC” daha bir şəhid ailəsinə yardım edib. Belə ki, millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında bununla bağlı məlumat verib. Qənirə Paşayeva bildirib ki, müraciətləri əsasında şəhid anası “Unity Company”nin dəstəyi ilə əməliyyata alınıb. Əməliyyat uğurla başa çatıb və hazırda xəstənin vəziyyəti normal hesab edilir.

Qeyd edək ki, “Unity Company” davamlı olaraq şəhid ailələri və qazilərimizə maddi, mənəvi dəstəyini göstərir.