2024-cü ilin yanvar-fevral aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 777 əqd üzrə 526,4  milyon manat təşkil edib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 11% və ya 65,2 milyon manat azalıb.

Belə ki, 2023-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 591,6 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 317,5 milyon manatı repo, 98,04 milyon manatı dövlət qiymətli kağızlarının, 36,9 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 73,8 milyon manatı korporativ istiqrazların payına düşüb. İnvestisiya şirkəti ilin əvvəlindən etibarən səhm üzrə əməliyyat aparmayıb. 

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin 100%-lik səhmdarı “Unibank”a məxsusdur.