Beynəlxalq astronomlar qrupu “Wolf 327 b” adlı yeni ekzoplanet kəşf edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Yerdən bir qədər böyük və kütləsi təxminən 2,5 dəfə böyük olan ekzoplanet NASA-nın “Transiting Planet Survey Satellite” (TESS) şirkəti tərəfindən tapılıb.

Onun qırmızı cırtdan ulduz “Wolf 327”nin orbitində dövr etdiyi müəyyənləşdirilib və ultra qısa müddətli super-Yer kimi təsnif edilib. Təqribən 4,1 milyard yaşının olduğu deyilən ekzoplanet Yerdən 93 işıq ili uzaqlıqda yerləşir.

 

Sadiq Cavadov