Polşa Ukraynaya 4 "Leopard 2" döyüş tankı təhvil verib, bu həftə daha 10 tankın verilməsi gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

O, həmçinin deyib ki, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri verib. Lakin sonradan Polşa Müdafiə Nazirliyi onun sözlərinin yanlış anlaşıldığını, jurnalistlərin naziri səhv başa düşdüyünü və Ukraynanın hələ bu kompleksləri almadığını bildirib.