Ukraynadan iyul ayında taxıl ixracının həcmi 40% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ölkənin dəniz limanları vasitəsilə taxıl ixracının həcmi kəskin azalıb. Hesabat dövründə Ukraynanın taxıl ixracının həcmi 2,29 milyon ton, buğdanın 840 min ton, qarğıdalının 1,1 milyon ton və arpanın 350 min ton təşkil edib.

 

Gözəl Həşimova