Ukrayna xarici işlər naziri Kuleba da Ukraynanın Danimarka və Rumıniyadakı səfirliklərinə şübhəli bağlamaların göndərildiyini açıqlayıb.


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi mətbuat konfransında ölkənin Danimarka və Rumıniyadakı səfirliklərinə şübhəli bağlamaların göndərildiyini bildirib.


Kuleba, “Səfirliklərimizə təhlükəli paketlərin göndərilməsi halları davam edir. Bu gün bunlara Ukraynanın Rumıniya və Danimarkadakı səfirlikləri daxildir.


Əvvəllər, içərisində heyvan gözləri olan və qan içində görünən bağlamalar Ukraynanın Avropa ölkələrindəki bir neçə səfirliyinin binasına çatdırılmışdı. Ukraynanın İspaniyadakı səfirliyinə göndərilən və içərisində bomba olan bağlamanı açan məmur yaralanıb.


Hələlik heç kim Ukrayna səfirliklərinə göndərilən paketlərə görə məsuliyyəti üzərinə götürməyib.