Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna əsgərlərinin hələ Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini almadığını bildirərək, Şaxta babadan qırıcılar da istədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, “la Repubblica” qəzetinə müsahibəsində deyib.

“Mən həmçinin “Bradley”, “Spartan”, “Mastiff” kimi yeni zirehli maşınlar istədim. Şaxta babaya yazdığım məktubda təbii ki, döyüş təyyarələri də var”, - deyə o bildirib.

Bundan əvvəl Ukraynanın müdafiə naziri ölkəsinin hazırda əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.