“2022-ci ildə Ukraynanın dövlət borcu 13 milyard artaraq 111 milyard dollara çatıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuat konfransında bildirib.

“2022-ci ildə 38,5 milyard ABŞ dolları həcmində beynəlxalq maliyyə dəstəyi dövlət borcunun cüzi artımına imkan verib. İlin əvvəlinə dövlət borcu 111 milyard dollar olub, əvvəlki illə müqayisədə 13 milyard dollar artıb”, - o vurğulayıb.

Xatırladaq ki, ötən il Ukrayna dövlət borcunun bir hissəsinin restrukturizasiyasını həyata keçirib, yəni 2 il müddətinə 20 milyard dollarlıq xarici borc üzrə möhlət alıb.