Ukraynanın Kiyev və Dnepropetrovsk vilayətlərində partlayışlar baş verib .

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.

Məlumatda Kiyev və Dnepropetrovsk vilayətlərində partlayışlar olduğu bildirilib.

Bundan əlavə, nəşr Nikolaev vilayətində və Vinnitsa şəhərində partlayışların baş verdiyini açıqlayıb.

Yanvarın 26-da səhər saatlarında Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.