“Challenger 2” tanklarını idarə etmək üçün ukraynalı hərbçilərə verilən təlim başa çatıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlər zamanı tankçılara “Challenger 2”də birgə döyüş işləri öyrədilib. 

Təlim keçən heyətin Ukraynada yaxın həftələrdə əks-hücum əməliyyatlarında iştirak edəcəyi güman edilir.