İyunun 4-də RF Silahlı Qüvvələrinin bölmələri və FTX-nin Sərhəd Mühafizə Xidməti iki qrup ukraynalı terrorçunun Belqorod vilayəti ərazisinə soxulmaq cəhdinin qarşısını alıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, Moskva vaxtı ilə saat 13:00 radələrində terrorçular mülki hədəfləri intensiv artilleriya atəşinə tutaraq Severski Donets çayını keçərək Belqorod vilayətinin Novaya Tavoljanka qəsəbəsinin kənarına enməyə cəhd ediblər. 

"Qərb Hərbi Dairəsinin dövlət sərhədini əhatə edən bölmələrin aviazərbələri və artilleriya atəşi ilə Kiyev rejiminin terrorçu birləşmələri məhv edilib. Nəticədə ondan çox terrorçu, iki qayıq və bir zirehli avtomobil məhv edilib".

Həmçinin, əks-batareya döyüşü zamanı Rusiya Silahlı Qüvvələri Ukraynanın 5 minaatan taqımını sıxışdırıb, Xarkov vilayətinin Volçansk rayonunda “Qrad MLRS” döyüş maşınını və Rusiya ərazisinə hücum edən Polşa istehsalı olan iki “Krab” özüyeriyən artilleriya qurğusunu məhv edib.