Vladimir Kreydenko Ukrayna göstərdiyi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə bildirib.

O, Azərbaycan tərəfinin mövqeyinə və göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə edib.