Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının Polşa ilə sərhəddən üçüncü ölkələrə ixracı üçün infrastrukturun yaradılmasına 1 milyard avro lazımdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.

Məlumata görə, vəsait yük avtomobilləri üçün terminalların tikintisinə və sərhədyanı dəmir yolu infrastrukturunun modernləşdirilməsinə yönəldilməlidir.

"İl ərzində biz Ukrayna taxılının üçüncü ölkələrə, xüsusən də Afrikaya tranzitini artırmaq istəyirik. Bunun üçün investisiyalar tələb olunur və biz Avropa Komissiyasına öz təkliflərimizi etmişik”, - deyə Polşanın Avropa İttifaqındakı daimi nümayəndəsi Anjey Sadoş bildirib.

 

Gözəl Həşimova