Sentyabrın 15-dən etibarən Bolqarıstan Ukrayna taxılının idxalına qoyulan qadağanı aradan qaldırılacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Bolqarıstan Milli Məclisi qanun layihəsini təsdiqləyib. 

Parlament Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB), sağçı Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) koalisiyası və Hüquq və Azadlıqlar Hərəkatının (HÖH) təqdim etdiyi qanun layihəsini qəbul edib. Qanun layihəsinə 124 deputat lehinə, 69 deputat isə əleyhinə səs verib. Səsvermədə 8 deputat bitərəf qalıb. Qanun layihəsində Ukrayna buğdası, qarğıdalı və günəbaxan toxumlarına qoyulan qadağanın aradan qaldırılması nəzərdə tutulub. 

Qeyd edək ki, layihədə bu qərarın Bolqarıstanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə xələl gətirməyəcəyi vurğulanıb. 

Gülşən Şərif