Ukraynada son sutkada daha 800 nəfər koronavirusa yoluxub.
“Report” UİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.
Ölkədə COVID-19-a yoluxanların sayı 52 843 nəfərə çatıb.
Son sutkada 27 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 372 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 25 661 pasiyent sağalıb.