Hazırda Ukraynada Rusiya ordusunun 326 min hərbçisi döyüşür.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov "The Washington Post"a müsahibəsində bildirib.

O, qeyd edib ki, Rusiya bu il əsas diqqətini Donetsk və Luqansk vilayətlərində daha çox ərazinin işğalına yönəldəcək.

Qeyd edilib ki, Rusiyanın uzaqmənzilli “Kalibr” raket ehtiyatının cəmi 9 faizi qalıb.