"Ukraynada doğum səviyyəsi aşağı düşməkdə davam edəcək və bu, milli fəlakətə gətirib çıxara bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri ukraynalı iqtisadçı Aleksey Kaşuk "Facebook" hesabında bildirib.

Mütəxəssisin sözlərinə görə, 2021-ci illə müqayisədə doğum səviyyəsi 33% azalıb. 

"Yeri gəlmişkən, müstəqilliyin başlanğıcında doğum əmsalı hər il 500 mini ötüb. Lakin müstəqillik əldə etdiyimiz 33 il ərzində biz milli çoxalma dinamikamızı üç dəfə azaltmışıq",- deyə Kaşuk əlavə edib.

 

Əli Ağayev