Taxıl müqaviləsinin dayandırılmasından sonra Ukrayna limanlarının ixrac potensialı 40% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə müavini Aleksandr Kubrakov bildirib.

Onun sözlərinə görə, Rusiya taxıl sazişindən çıxdıqdan sonra limanların ixrac potensialı 40% azalıb.

Xatırladaq ki, taxıl sövdələşməsi iyulun 18-də dayandırılıb. Ukrayna taxıl ixracı üçün alternativ yollar axtaracağını bəyan edib.

Oktyabrın əvvəlində Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ölkə yığılan taxıl məhsulunun cəmi 25%-ni istehlak edir, qalan 75%-ni isə Avropa ölkələri vasitəsilə ixrac etməyi planlaşdırır.

 

Gözəl Həşimova