Rusiyanın Ukraynaya hücumu nəticəsində 205  uşaq həlak olub, 567 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.