Ukrayna yenidən elektrik enerjisi idxal edir və həcmini artırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində elektrik enerjisinin kommersiya idxalı 5500 MVt/saat təşkil edib. Hesabat dövründə ölkə elektrik enerjisi ixrac etməyib.

Əlavə edək ki, ötən aydan etibarən Ukraynanın Energetika Nazirliyi xaricdən elektrik enerjisinin tədarükü barədə məlumat verməyə başlayıb.

 

Gözəl Həşimova