Polşa fermerlərinin blokadası səbəbindən Ukrayna-Polşa sərhədində 2,3 minə yaxın yük maşını növbə gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

Ən böyük növbələr "Yaqodin" və "Şeqini" keçid məntəqələrində yaranıb.

Dövlət Sərhəd Xidmətinin nümayəndəsi onu da bildirib ki, polşalı fermerlər martın 13-dək keçid məntəqələri istiqamətində avtomobillərin hərəkətini dayandırmaq qərarına gəliblər.

 

Gözəl Həşimova