İyulun 17-dən etibarən Ukrayna televiziyasında rus dilində yayım demək olar ki, tamamilə dayandırılacaq.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, yayda yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Ukrayna telekanallarında rus dilində olan verilişlərin əksəriyyəti ləğv olunacaq.

Yeni qanuna əsasən, rus dilində olan bütün çıxışlar, müsahibələr, şərhlər, izahatlar və suallar Ukrayna dilinə tərcümə edilməlidir. Rus dilinə yalnız sabit ifadələr, qısa ifadələr və fərdi sözlərdə icazə veriləcək.

Qeyd edək ki, hazırda Ukrayna televiziyasında ikidillilik tətbiq olunur, televiziya iştirakçıları rus dilindən istifadə edirlər.

 

Gözəl Həşimova