Bu ilin fevral-may aylarında Ukrayna xarici bazarlara taxıl ixracının sürətini rekord həddə çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, hər ay ölkədən orta hesabla beş milyon tondan çox taxıl ixrac edilir

Dörd ay ərzində Ukrayna şirkətləri xaricə 22,2 milyon ton qarğıdalı, buğda və arpa ixrac edib. Bu, son 6 ildə maksimum səviyyə hesab olunur.

 

Gözəl Həşimova