"Ukrayna Silahlı Qüvvələri artilleriya mərmilərindən qənaətlə istifadə etməyə başlayıb, çünki ABŞ-dən yardımın gecikməsi səbəbindən onlar iki aya tamamilə tükənə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Getman deyib.

"Biz mərmilərdən çox ehtiyatla istifadə etməyə başladıq, çünki iki aydan sonra nəzəri olaraq əlimizdə heçnə qalmır. Qarşı tərəfə atəş açmaq üçün heç bir mərmi olmayacaq. Kiyev üçün vəsaitin ayrılması məsələsi həll olunana qədər Avropa İttifaqı ölkələrindən yardımlar artırılmalıdır”, - deyə o bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri daim mərmi qıtlığı yaşayır və Avropanın müdafiə istehsalı Rusiya ilə rəqabət apara bilmir.

 

Gözəl Həşimova