Rusiyanın işğal etdiyi Donetsk bölgəsində partlayışdan sonra güclü yanğın baş verib. 

Ukrayna Silahlı Qüvvələrinin (USQ) endirdiyi raket zərbələrindən sonra, Rusiyaya məxsus neft bazası yanıb. 

"Yanğından çıxan alov Donetskin bir neçə rayonunda görünür. Yanacaq və sürtkü materialları olan çənlər yanır", - USQ-nin məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Donetskdə zərbə endirdiyini təsdiqləyib.