"Ukrayna Rusiyaya qalib gələ bilməyəcək. Çünki Rusiya ordusunun sayı Ukrayna ordusunun sayından qat-qat çoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Hər gün yüzlərlə, minlərlə kasıb ukraynalı ölür. Bu, Ukrayna üçün böyük faciədir. Bu müharibədə ruslar daha güclüdür və çoxdur. Ukraynanın əks-hücumunun qarşısı alınmalıdır, əks halda ölkə çoxlu sayda insan itirəcək. Ukraynada hərbi əməliyyatların başa çatması isə ABŞ-nin istəyindən asılıdır", - o, əlavə edib.

Əlavə edək ki, Ukrayna tərəfi Viktor Orbanı bəyanatlarına görə dəfələrlə tənqid edib.

 

Gözəl Həşimova