“Rusiya qoşunları Ukraynada olduğu müddətdə onlarla danışıqlar aparılmayacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak "The Wall Street Journal"a müsahibəsində deyib.

O vurğulayıb ki, Ukrayna heç bir ərazi güzəştinə getməyəcək: "Prezident Zelenskinin sülh formulu Rusiya qoşunlarının bütün Ukrayna ərazisindən tam şəkildə çıxarılmasını nəzərdə tutur" - deyə aparat rəhbəri qeyd edib.