Ukrayna qoşunları bəzi əraziləri geri aldığını iddia edir. Onlar deyirlər ki, bu həftənin əvvəlində Nikolayev-Xerson sərhədi boyunca daha iki kənddən rus qoşunlarını sıxışdırıb çıxarıblar.

Ancaq o bölgədə irəliləyən qoşun geniş, açıq tarım ərazisindən keçməli idi və rusların bölgədə üç təbəqəli müdafiə mövqeləri qurmaq üçün bir neçə ayları var.

Ukraynalıların limitli hücum qüvvələri var idi. Belə ki, Ukrayna müharibədə əsasən müdaifə rolunu oynayıb və bu onların ordusunun ən yaxşı hissələrini sıradan çıxarıb.

Qərb müttəfiqlərinin verdiyi silahlar əksərən, quru hücumları üçün əlverişli deyil və Ukrayna ordusu hava hücumlarının qarşısını ala bilməkdə çətinlik çəkirlər.

Hərbçilər nadir hallarda döyüşün təfərrüatlarını təqdim etsə də, Ukrayna qüvvələri də cənubda ağır itkilər verir.

Rusların Xersondakı hərbi varlığını gücləndirdiyinə dair əlamətlər artır. Onlar Xersonu Krıma quru körpünün mühüm hissəsi kimi və yarımadanın əsas su mənbəyi kimi saxlamağa qərarlıdır.

Son iki həftə ərzində böyük konvoylar Mariupoldan qərbə, Melitopoldan keçərək Xersona doğru gediblər.

Bir çox mülki vətəndaş artıq bölgəni tərk edib. Ukrayna rəsmiləri hesab edir ki, Xerson əhalisinin təxminən yarısı bölgəni tərk edərək Ukraynanın nəzarətində olan ərazilərə gedib.

Onlar rusları işğal olunmuş Zaporojjya bölgəsindəki Melitopol kimi şəhərlərdən insanların çıxmasına mane olması ilə ittiham edirlər. Beləliklə ruslar ukraynalıların hücumu zamanı şəhərdən çıxa bilməmiş insanları “canlı qalxan“ kimi istifadə edəcək.