Ukrayna hakimiyyəti Qara dənizdə müvəqqəti dəhlizlərlə hərəkət edəcək gəmilərin sığortalanması üçün 547 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üzvü Serhiy Labazyuk bildirib.

Onun sözlərinə görə, Ukrayna hökuməti bununla bağlı qərar qəbul edib və 20 milyard qrivna (537 milyon dollar) məbləğində sığorta fondu yaradıb. O bildirib ki, Ukrayna üçün müvəqqəti dəhlizlər üzrə gəmilərin təhlükəsizliyini təmin etmək son dərəcə vacibdir.

 

Gözəl Həşimova