“Düşünürəm ki, onların böyük daxili qalmaqalı var. Putinlə müdafiə naziri Sergey Şoyqu arasında getdikcə gərginləşən münaqişə yaşanır”.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Almaniyanın Bild nəşrinə danışıb. Prezident Bild-ə eksklüziv 50 dəqiqəlik müsahibəsində Kaxovka bəndinin dağıdılmasına, Vladimir Putinin zəifləməsinə də diqqət çəkib:

“Onlar bu istiqamətdə əks-hücuma başlayacağımızdan qorxurlar və ərazilərimizin azad edilməsini çətinləşdirmək istəyirlər. Çünki uduzacaqlarını çox yaxşı başa düşürlər”.