Son 24 saat ərzində Rusiya hərbçiləri xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin (AFU) yanacaq anbarına zərbələr endiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin Almaniyanın “IRIS-T” zenit-raket kompleksinin radar stansiyasının vurulduğu da qeyd olunub.