Ukrayna Avropa İttifaqına Aİ daxil olmamışdan əvvəl NATO-ya üzv ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

“Mən inanıram ki, biz Aİ üzvlərindən daha tez NATO üzvü ola bilərik", - o deyib.

Eyni zamanda Yermak əlavə edib ki, Ukrayna Şimali Atlantika Alyansının ən yaxşı "imicmeykeri"dir.

"Bu gün hamı başa düşür ki, Rusiyanın NATO ilə müharibədə şansı yoxdur", - Yermak vurğulayıb.