Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə vəziyyətində olan ölkəsinə iyulda Litvada keçiriləcək NATO Sammitinə qoşulmaq üçün dəvət gözlədiyini bildirib.

İqtisadiyyat.az bildirir ki, Moldovada-Ukrayna sərhədinin 20 kilometrliyindəki tarixi Mimi qalasında keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısına qatılan Zelenski ölkəsinin təcili olaraq Rusiyaya qarşı təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu vurğulayıb:

“Bu yay Vilnüsdə NATO Sammitində Ukraynaya üzvlük üçün açıq dəvət edilməlidir. Həmçinin, NATO-ya üzv olmaq yolunda təhlükəsizlik zəmanətləri verilməlidir”.

Zelenski həmçinin müharibəni bitirmək üçün sülh formulu hazırladıqlarını və bunun sülh formulasının həyata keçirilməsinə yol açacağını bildirib:

"Bu, qlobal səviyyədə olmalıdır və indi zamanıdır. Şübhələri aradan qaldırmaq lazımdır. Ukrayna üçün müsbət qərarlar hamı üçün müsbət olacaq".