Almaniya kansleri Olaf Şolts hesab edir ki, Aİ-nin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşımaq iqtidarında deyil.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının konfransında çıxış edərkən Şolts bildirib.

“Almaniyanın Ukraynaya yardımın ümumi məbləğində bu qədər böyük paya malik olması doğru deyil. Çox şey etmək bizim töhfəmiz olmalıdır, amma eyni zamanda hər kəs də bu çox şeyi etməlidir ”, - Şolts deyib.

Şoltsun ​​sözlərinə görə, Ukraynadakı münaqişədə “həlledici məqam yetişib”.