Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə telefonda danışaraq Ukraynanın əks-hücumunu və Ukrayna ordusunun döyüş potensialını gücləndirmək üçün gələcək addımları müzakirə etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reznikov tvitter hesabında yazıb: 

“Dostum və həmkarım müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı apardıq. Biz həmçinin Ukrayna ordusunun əks-hücumunu və Müdafiə Qüvvələrimizi gücləndirmək üçün növbəti addımları müzakirə etdik”.

Bundan başqa, onun sözlərinə görə, Rusiyada baş verən son hadisələr də müzakirə mövzusu olub.

Bazar günü "Fox News" telekanalına müsahibəsində Reznikov bildirib ki, hazırkı əks-hücumdan gözləntilər çox yüksəkdir.