"Ukrayna Rusiya qazının tranzitindən imtina etməklə Macarıstana zərər verəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat açıqlayıb.

Baş nazir Ukraynanı ölkənin enerji təhlükəsizliyinə xələl gətirməkdə ittiham edib. Onun sözlərinə görə, bu fonda Macarıstan Azərbaycan və Türkmənistandan enerji idxal etməyi planlaşdırır.

Əlavə edək ki, Ukrayna gələn il Rusiya qazının tranzitini dayandıracaq.

 

Gözəl Həşimova