"Ukrayna Fransa ilə “Mirage” qırıcılarının tədarükü imkanlarını müzakirə edir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə mətbuat konfransı zamanı deyib.

Qeyd edilib ki, “Mirage 2000”nin hansı versiyasından söhbət getdiyi hələ məlum deyil. Güman edilir ki, Kiyev “Mirage 2000D”ləri almaq istəyir.

2023-cü ilin sentyabrında “Mirage 2000” qırıcılarının Fransa Hərbi Hava Qüvvələrindən Ukrayna Silahlı Qüvvələrinə mümkün transferi ilə bağlı məlumat yayılıb. Həmçinin bir neçə ay əvvəl Paris qeyri-rəsmi olaraq ukraynalı pilotlara “Mirage 2000D” təyyarəsi və silahlarının idarə edilməsi təlimini keçirib.