Ukrayna kreditin bir hissəsi kimi Dünya Bankından 1,5 milyard dollar vəsait alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Deniz Şmıqal "X" hesabında bildirib. 

"Ukrayna inkişaf siyasəti krediti çərçivəsində Dünya Bankından 1,5 milyard dollar alıb", - Baş nazir yazıb.

Vəsait Ukraynanın humanitar və sosial ehtiyacları üçün istifadə olunacaq.