Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətini dəstəkləmək üçün Ukraynaya 1,5 milyard dollar ayrılmasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti bildirib.

Məlumata görə, 984 milyon dollar Yaponiyadan, 515 milyon dollar Böyük Britaniyadan ayrılacaq. Vəsaitləri martın sonuna kimi qəbul etmək olar.

Vəsait ölkənin dövlət büdcəsinin ümumi fonduna onun qarşısında qoyulmuş vəzifələr yerinə yetirildikdən sonra bir tranşla daxil edilir.

 

Gözəl Həşimova