Ukrayna Dünya Bankından güzəştli kredit şəklində 1 milyard dollardan çox, Avropa İttifaqından isə 150 ​​milyon avro alacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, vəsait Yaponiya və Böyük Britaniya hökumətləri sayəsində toplanıb.

Daha əvvəl Şmıqal qeyd edib ki, Kiyev Vaşinqtondan 1,35 milyard dollar dəyərində qrant alıb. Ukrayna Qərb ölkələrindən isə 100 milyard dollardan çox birbaşa maliyyə alıb.

 

Gözəl Həşimova