Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu dəfə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsi ilə məşhur olan "Ukrayna dairəsi"ndə yaşanan problemlərdən bəhs olunub.
Qeyd edilib ki, burada sürücülər dairəyə daxil olmaq üçün nişanın təsir dairəsindən çıxırlar. Yəni üstün olanlara dairəyə daxil olduqdan sonra yol verirlər.
Vurğulanıb ki, bu dairədə yaşanan gündəlik problemlərdən biri də Neapol küçəsi ilə gəlib dairəyə daxil olmaq istəyən sürücülərlə bağlıdır:
"Məhəmməd Hadi küçəsi istiqamətində hərəkət etmək istəyən sürücülər qarşılarında sıxlıq olmasına baxmayaraq, yuxarıdan gələn nəqliyyat vasitələrinə yol vermirlər".
Dairəyə sürətlə və ya heç bir nişanın tələbinə riayət etmədən daxil olanlar isə əlavə risk yaradırlar.
Bəzən elə təəssürat yaranır ki, sürücülər nəqliyyat vasitəsini digərlərinin üzərinə sürürlər.
Ətraflı süjetdə: