Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli transportyoru alacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Polskiej Grupy Zbrojeniowej” (PGZ) holdinqinin rəhbəri Sebastiyan Çvalek (Sebastian Chwałek) “Polsat News “ kanalının efirində deyib.

Çvalek qeyd edib ki, zirehli texnika müxtəlif versiyalarda təqdim ediləcək və müxtəlif silahlarla təchiz olunacaq.