Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko öz xahişi ilə tutduğu vəzifədən azad edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin rəsmi Telegram kanalı məlumat yayıb: 

“Baş prokuror Andrey Kostin baş prokurorun müavini Aleksey Simonenkonun könüllü olaraq inzibati vəzifədən azad edilməsi haqqında əmr imzalayıb”.