Ukrayna Baş naziri Denis Şmıqal Prezident Volodimir Zelenskinin və nazirlərin niyə həmişə zeytun yaşılı köynək və ya kamuflyaj formaları geyinmsənin səbəbini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə “German Focus” nəşrinə müsahibəsində deyib.

Hökumət başçısı bildirib ki, onlar müharibə başa çatanadək belə geyinəcəklər: “Bu, bizim döyüş əzmimizi nümayiş etdirir. İndi kostyum geyinmək, qaltstuk taxmaq mümkün deyil”.

Qeyd edək ki, ötən il fevralın 24-də Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna rəsmiləri kostyum yox, kamuflyaj formaları geyinirlər.