Ukrayna ABŞ-dan MK-20 kaset bombalarının da yardım paketinə daxil edilməsini istəyir.

İqtisadiyyat.az bildirir ki, bu barədə məlumat "REUTERS"də yer alıb. Məlumata görə, Ukrayna ABŞ konqresmenlərinin Bayden hökümətinə bu mövzuda təsir göstərməsini xahiş edib. Rəsmi Kiyev ABŞ-dan 155 mm-lik kasetli artilleriya mərmiləri də istəyib.

Ukraynanın MK-20 kaset bombalarını dronlar vasitəsilə atmağı planlaşdırdığı qeyd edilir. 

Məlumat üçün qeyd edək ki, kaset bombaların dünyanın 120-dən çox ölkəsində qadağandır.